Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Putinlə Lukaşenko planlı şəkildə Avropanın üç ölkəsinə nüvə zərbələrinə doğru irəliləyir...

Putinlə Lukaşenko planlı şəkildə Avropanın üç ölkəsinə nüvə zərbələrinə doğru irəliləyir...
18-07-2022, 22:24 263 dəfə baxılıb

"Belarus Putinə Avropaya nüvə hücumu üçün platsdarm kimi lazımdır".


 
Belarusun hücum təyyarələri nüvə silahının tətbiq edilməsi səviyyəsinədək Rusiyanın aviasiya zavodlarında modernləşdiriləcək. Rusiya prezidenti Vladimir Putinin bu təklifininə onun Belarus həmkarı dəstək verib.
 
"Vətənim-Azərbaycandır.az".xəbər verir ki, bu barədə "Belorusskiy Qayun" nəşri məlumat verib.
 
"İyunun 25-də Sankt-Peterburqda Putin və Lukaşenko arasında baş tutan görüşdə son olaraq Belarusun Su-25 hücum təyyarələrinin Rusiyanın aviasiya zavodlarında nüvə silahının tətbiqi səviyyəsinədək modernləşdirilməsi təklifi səsləndirilib. Lukaşenko bu təkliflə razılaşıb", - məlumatda belə deyilir.
 
Müəllif qeyd edir ki, Belarusun hərbi-hava qüvvələri və hava hücumundan müdafiə qoşunları kifayət qədər Su-25 hücum təyyarələrinə malikdir.
 
"Açıq mənbələrin məlumatına görə, 2015-ci ildə 116-c hücum aviasiya bazasının (Lida hava limanı) tərkibində 17 Su-25, habelə 7 Su-25UB (təlim-döyüş) hücum təyyarəsi olub. Daha 20-dək Su-25 saxlancda olub".
 
Ekspertlərin fikrinə görə, Su-25 hücum təyyarələrinin mövcud sayı Belarusun "məhdud maliyyə imkanları" şəraitində Belarus hərbi-hava qüvvələrinin döyüş imkanlarını xeyli artırmağa imkan verəcək.
 
Üstəlik, Belarus Rusiya istehsalı olan "Ka-52 "Alliqator" və "Mi-28H "Gecə ovçusu" zərbə helikopterlərini əldə etməyə hazırdır.
 
"Son 5 ildə Belarus Rusiyadan 8 Yak-130 təlim-döyüş və 4 Su-30CM qırıcı təyyarərini alıb.
 
Daha 4 Su-30CM qırıcılarının təchizatı 2022-ci ilin oktyabrında gözlənilir", - müəllif göstərib.
 
Rusiya əsilli amerikalı tarixçi, publisist Yuri Felştinskinin fikrinə görə, Belarus Putinə Avropaya nüvə hücumu üçün platsdarm kimi lazımdır.
 
"Bu, Belarusun formal olaraq müstəqil qalması, nüvə sazişindən çıxması üçün lazım olan nəsnədir. Putin də, Lukaşenko da dəfələrlə nüvə silahının Belarusa qaytarılmasından danışıb, dəfələrlə zərbələr endiriləcək üç ölkə- Ukrayna, Polşa və Litvanın adları hallanıb.
Və, əlbəttə ki, bu silahın Belarus ərazisində peyda olacağı ilk saniyədə Belarusa ilkin zərbə vurulmalıdır", - Felştinski deyib və qeyd edib ki, bu, nüvə zərbəsi olmamalıdır.
 
"Nüvə silahının Belarus ərazisində olması barədə məlum olduğu məqamda ən adi zərbə endirilməlidir", - amerikalı publisist bəyan edib.
 
Qeyd edək ki, elə həmin Sankt-Peterburq görüşündə, iyunun 25-də, Putin Lukaşenkoya "həm adi, həm də nüvə rejimində" "İsgəndər" raketlərini vəd edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI