Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qazaxıstanda körpə alveri ilə məşğul olan sayt aşkar edilib.

Qazaxıstanda körpə alveri ilə məşğul olan sayt aşkar edilib.
29-06-2022, 04:53 238 dəfə baxılıb

Qazaxıstanda körpələrin alveri ilə məşğul olan internet saytı aşkar edilib.

Bu barədə Almatı Prokurorluğu xəbər yayıb.Bildirilir ki, saytda gənc qadınlar yeni doğulan körpələrini satırlar. Bundan başqa, resursda qanundan yan keçərək uşaq övladlığa götürmək istəyənlərin də elanları tapılıb.

Alatau vilayətinin prokuroru saytın qanunsuz elan edilməsi və Qazaxıstan ərazisində fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib, məhkəmə ərizəni təmin edib.

“Eyni zamanda “insan alveri” maddəsi ilə bağlı yoxlama aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Bu cinayət əməli əmlakı müsadirə olunmaqla 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - deyə prokurorluqdan əlavə edilib.

"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI