Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gürcüstan bu məhsulların ixracına qadağa qoydu

Gürcüstan bu məhsulların ixracına qadağa qoydu
28-06-2022, 14:39 228 dəfə baxılıb

Gürcüstan hökuməti iyulun 4-dən etibarən yerli istehsal olan buğda və arpanın ixracına qadağa tətbiq etmək barədə qərar qəbul edib.


Vətənim-Azərbaycandır.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb. 

Məlumata görə, buna səbəb ölkə daxilində bu məhsulların qıtlığının qarşısını almaqdır. 

Sözügedən qadağa 2023-cü ilin iyulun 4-nə qədər qüvvədə olacaq. 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqiyanın sözlərinə görə isə, ixraca qoyulan qadağa qarğıdalıya da şamil olunacaq. O, həmçinin qeyd edib ki, hazırda Gürcüstandan arpa İrak və İrana ixrac olunur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI