Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Ukraynanı yenidən quracağıq”

“Ukraynanı yenidən quracağıq”
10-06-2022, 07:14 225 dəfə baxılıb

Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukraynanı yenidən quracaqlarını deyib.


Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, sədr bu haqda “Maxxi Müasir İncəsənət Muzeyi”ndə keçirilən tədbirdə danışıb.

“Mariupol meri və ukraynalı memarlarla görüşümüz olacaq. Biz Ukraynanı yenidən quracağıq. Bunu etməliyik və edəcəyik, çünki bu, bizim mənəvi borcumuzdur”, - o qeyd edib.

Von der Leyen yaşayış sahələrinin yenidən qurulmasının Avropa Yaşıl Sövdələşməsinə əsaslanan “Yeni Avropa Bauhaus” (Bauhaus - Avropa Komissiyası tərəfindən 2050-ci ilə qədər iqlimə qarşı neytral olmaq məqsədinə nail olmaq səylərinin bir hissəsi olaraq yaşayış, memarlıq, nəqliyyat, şəhər və kənd yerlərinin davamlı yaşıl transformasiyası üçün 2021-ci ilin yanvarında başlamış bir layihədir - red.) ruhuna uyğun olaraq həyata keçirilməli olduğunu deyib. 

O, həmçinin Aİ-nin bərpa olunan enerji mənbələrində irəliləyiş əldə etməli olduğunu bildirib:

“Rusiya iqtisadiyyatı qaz, neft və kömür üzərində qurulub. Biz Aİ olaraq onlardan çox asılıyıq. Bu dəhşətli müharibəyə görə biz asılılığımızı azaltmaq qərarına gəldik. İndi biz irəliləyiş əldə etməliyik”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI