Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukrayna mindən çox yaşayış məntəqəsini azad edib

Ukrayna mindən çox yaşayış məntəqəsini azad edib
14-05-2022, 08:14 255 dəfə baxılıb

“Ukrayna ordusu Ukrayna ərazisini işğaldan azad etməkdə davam edir, hakimiyyət isə geri qaytarılan əraziləri bərpa etməkdə davam edir”.


"Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı deyib. 

“Biz Ukraynanın işğaldan azad edilmiş ərazilərinin bərpasını davam etdiririk. Bu günə (dünən -red.) olan məlumata görə, 1015 yaşayış məntəqəsi artıq işğaldan azad edilib ki, bu da ötən sutka ilə müqayisədə 6 yaşayış məntəqəsi çoxdur. İşıq, su, rabitə, nəqliyyat, sosial xidmətləri ora qaytarırıq. Bu vacibdir”, - Zelenski bildirib.

O qeyd edib ki, bu gün heç kim müharibənin nə qədər davam edəcəyini proqnozlaşdıra bilməz.

“Ancaq biz torpaqlarımızı tez bir zamanda azad etmək üçün hər şeyi edirik. Bizim prioritetimiz budur: müharibənin daha qısa olması üçün hər gün işləmək. Lakin bu, təkcə bizim insanlarımızdan asılı deyil. Bu, digər tərəfdaşlardan da asılıdır. Avropa ölkələrindən. Azad dünyanın hər ölkəsindən... Mən Rusiyaya qarşı sanksiyaların artırılması, Ukraynaya müdafiə və maliyyə dəstəyinin artırılmasına çalışan hər kəsə minnətdaram. Bu, rus işğalı qarşısında azadlığı qorumaq üçün yeganə yoldur. Qərb ölkələri üçün isə bu, sadəcə bir xərc deyil. Söhbət mühasibatlıqdan getmir. Söhbət gələcəklə bağlıdır”, - deyə Zelenski vurğulayıb.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI