Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hindistanda matəm elan olundu

Hindistanda matəm elan olundu
14-05-2022, 07:51 279 dəfə baxılıb

Hindistan hökuməti Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın ölümü ilə bağlı bir günlük milli matəm elan edib


Vətənim-Azərbaycandır.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hindistan hökuməti mayın 14-də BƏƏ prezidenti və Əbu-Dabi hökmdarı Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın xatirəsinə bir günlük milli matəm elan edib", - deyə nazirlikdən bildirilib.

Açıqlamada qeyd edilib ki, matəm günü Hindistanda dövlət bayrağı bütün binalarda yarıya qədər endiriləcək, bütün rəsmi əyləncə tədbirləri ləğv ediləcək.

Bundan əlavə, Hindistan Prezidenti Ram Nat Kovind və Hindistanın Baş naziri Narendra Modi Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə bağlı başsağlığı veriblər.

Onlar Xəlifə bin Zayed Əl Nəhyanın dövlət xadimi və uzaqgörən lider olduğunu qeyd edərək, onun Hindistan və BƏƏ arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə və BƏƏ-də hind icmasının rifahına verdiyi töhfəni xatırladıblar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI