Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tehranda əhaliyə çölə çıxmamaqla bağlı xəbərdarlıq edildi

Tehranda əhaliyə çölə çıxmamaqla bağlı xəbərdarlıq edildi
9-05-2022, 06:26 179 dəfə baxılıb

İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, paytaxtda havanın çirklənməsi növbəti dəfə həyəcan səviyyəsinə yüksəlib.

“Sağlamlıq üçün təhlükəli hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə fövqəladə hallar komitəsi yaradılıb. Bu gün uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblər bağlanıb”, - Tehran bələdiyyə sədrinin müavini Abid Mələki deyib.

Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edən Mələki şagirlərə də qadağa qoyuluğunu açıqlayıb.

Tehran dünya şəhərləri arasında havanın çirklənməsi reytinqində 12-ci yerdədir. Şəhərin hava sirkulyasiyası üçün yararsız yerdə yerləşməsi, nəqliyyatın sıxlığı, köhnə maşınlar və çox istifadə edilən motosikletlərdən çıxan qazlar Tehranda havanın çirklənməsini artıran amillərdən hesab edilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI