17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Baş nazirin 81 yaşlı keçmiş müavini: Evindədir, 3500 manat pensiya alır - UNUDULAN MƏMURLAR
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam edir.
Layihəmizdə bu dəfə baş nazirin sabiq müavini Abid Şərifovdan bəhs edəcəyik.
Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olub. O, 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinfinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurub. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun “İnşaat” fakütəsinə daxil olub, 1962-ci ildə institutu “İnşaat mühəndisi” ixtisası üzrə bitirib. Gənc mütəxəssis kimi “Bakıbaştikinti” idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlayıb, 1971-ci ilə qədər həmin idarədə böyük iş icraçısı işləyib. 1971-ci ildən isə “Bakısosialmədəntikinti” trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam edib. 1972-ci ildə “Bakıbaştikinti” idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin olunub. A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin “Azərnəqliyyattikinti” trestinin rəisi vəzifəsinə təyin edilib.
1988-ci ildə SSRİ Nəqliyyat Tikinti Nazirliyinin qərarı ilə 6 nömrəli Yol Tikinti trestinin “Yollayihə” institutu bir neçə başqa müəssisə ilə birləşdirməklə “Azərnəqliyyattikinti” trestinin bazasında “Azərnəqliyyatyoltikinti” Layihə-Sənaye Tikinti Birliyinə çevrilib və Abid Şərifov həmin birliyin rəisi vəzifəsinə təyin olunub. 1992-ci ildə A. Şərifov “Azərnəqliyyattikinti” Layihə-Sənaye Birliyinin rəisi vəzifəsinə təyin olunub, 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə respublikada tanınmış tikinti-inşaat mütəxəssisi olan Abid Şərifov Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsinə təyin edilib.
Abid Şərifov Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə bir neçə Dövlət Komissiyalarına başçılıq edib. Fövqəladə hallar üzrə (1995-2006-cı illərdə), Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpa olunması və yenidən qurulması, Yol Hərəkətinin Təhlükəsizliyi, Azərbaycan Respublikası ilə Türkiyə, Yaponiya, Çin və Bolqarıstan dövlətləri arasında iqtisadi əməkdaşlıq üzrə, Nazirlər Kabineti yanında Radiotezliklər üzrə və Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyalarının sədri, İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Komissiyasının sədr müavini olaraq çalışıb.
Abid Şərifov 20 iyul 1995-cü ildən 21 aprel 2018-ci ilə qədər Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışıb. Hazırda 3500 manat pensiya alır. Evlidir, 2 övladı, 4 nəvəsi, 2 nəticəsi var.