Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənistan müxalifəti İrəvanda mərkəzi meydanı bağladı - Yenilənib

Ermənistan müxalifəti İrəvanda mərkəzi meydanı bağladı - Yenilənib
26-04-2022, 00:16 197 dəfə baxılıb

İrəvanda hakim “Vətəndaş müqaviləsi” partiyasının binası yaxınlığında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin etiraz aksiyası keçirilib.

Vətənim-Azərbaycandır.az” erməni KİV-nə istinadən xəbər verir ki, etiraz aksiyası zamanı 11 nəfər saxlanılıb. 
Qeyd edək ki, aprelin 25-də “Hayastan” blokunun parlament fraksiyasının təmsil etdiyi Ermənistan müxalifəti İrəvanda etiraz aksiyaları keçirməyə başlayıb. Ermənistanın paytaxtında yürüşlər və piketlər keçirilir. Etirazçılar yolları bağlayır və şəhərin müxtəlif yerlərində skuterlərdə bayraqlarla hərəkət edirlər.
Eyni zamanda, “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan baş nazirin istefası tələbi ilə qeyri-müəyyən aksiyasını davam etdirir və gəncləri də buna qoşulmağa çağırıb.
***
Aksiyaçılar İrəvanın mərkəzi nəqliyyat qovşaqlarından birini - Fransa meydanını bağlayıblar, 
Bitişik küçələrdə nəqliyyatın hərəkəti iflic olub. Aksiya yerinə polis xüsusi təyinatlıları cəlb edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI