Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Paşinyan “Araik problemi”nin həllinə çalışır: Erməni separatçılar Ermənistana təhlükə törədir

Paşinyan “Araik problemi”nin həllinə çalışır: Erməni separatçılar Ermənistana təhlükə törədir
4-11-2021, 00:35 393 dəfə baxılıb

Vaxtilə dənizdən-dənizə “Böyük Ermənistan” xəyalları quran ermənilər indi “kiçik Ermənistanı” belə, qorumaq üçün Azərbaycanın maraqlarına uymaq məcburiyyətində qalıblar; Çünki hazirda itirilən hər gün “kiçik Ermənistan”nın da bir xəyal kimi əriyib, yox olması prosesini daha da sürətləndirir...
"Vətənim-Azərbaycandır.az "ın musavat.com-a istinadən məlumatına görə, Ermənistan düşdüyü “geopolitik labirint”in girovuna çevrilib. Rəsmi İrəvan bu situasiyadan çıxmaq üçün israrlı cəhdlər etsə də, hələlik “tunelin sonunda işıq” görünmür. Və bu, Ermənistanın maliyyə-iqtisadi vəziyyətini daha da ağırlaşdırır.
Paşinyan hakimiyyəti hansı istiqamətə yönəlsə də, istənilən halda, bütün yollar Ermənistanın qarşısına Azərbaycan və Türkiyəni çıxarır. Yəni, yaxın gələcək üçün rəsmi İrəvanın gedəcəyi yol məhz Azərbaycan və Türkiyədən asılıdır. Və Ermənistanın maliyyə-iqtisadi vəziyyətinin düzəlib-düzəlməyəcəyində də bu faktorun rolu həlledici xarakter daşıyır.
Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatının dirçəlməsi üçün ölkədaxili resurslar demək olar, tükənib. Ona görə də, rəsmi İrəvan ölkə əhalisini aclıq və səfalətdən qorumaq üçün mütləq xarici maliyyə qaynaqlarına möhtacdır. 2021-ci ilin əvvəlindən indiyə qədər Ermənistanın xarici maliyyə qaynaqlarına olan dövlət borcunun 1,7 milyard dollar artaraq, 9 milyarda çatması da bunu təsdiqləyir.

İndi Ermənistanın yenə də xarici kreditlərə ehtiyacı var. Halbuki, Ermənistanın dövlət borcunun həcmi rəsmi İrəvanın növbəti xarici maliyyə qaynağı tapmasını çətinləşdirir. Bu, Ermənistana daha ağır maliyyə-iqtisadi və sosial böhran vəd edir.
Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi təmsilçiləri ilə görüşüb. Müzakirə zamanı bu maliyyə qurumunun Ermənistana kredit atırma ehtimalı da müzakirə edilib. Ancaq hələlik rəsmi İrəvanı məmnun edə biləcək nəticə Ermənistandan bir xeyli uzaqdır.
Məsələ ondadır ki, BVF adətən, konkret hədəfləri olan və verilən məbləğin geri qaytarıla biləcəyinə təminatı şübhə doğurmayan layihə-müraciətləri müsbət cavablandırır. Rəsmi İrəvanın isə hələlik belə təminata əsas yarada biləcək iqtisadi layihəsi yoxdur. Və belə bir layihənin peyda olması isə yenə də Azərbaycan-Türkiyə ittifaqından birbaşa asılıdır.
Paşinyan hakimiyyətinin BVF-nu Ermənistanın aldığı krediti geri qaytara biləcəyinə inandırması lazılmdır. Bu baxımından isə məhz regionda nəqliyyat-kommunikasiya xətlərinin açılacağına və iqtisadi-ticari münasibətlərin bərpa ediləcəyinə təminat verilməsi qaçılmaz xarakter daşıyır. Çünki yalnız bu halda, Ermənistan iqtisadiyyatı dirçələ və qazanc əldə edə bilər.

Belə anlaşılır ki, rəsmi İrəvan növbəti xarici kreditlər üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa məcburdur. Buna nail olmağın yolu isə ilk növbədə məhz sərhədlərin delimitasiya və demorkasiya prosesinin sürətləndirilməsindən, rus sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəni Azərbaycan ərazisi olaraq, rəsmən tanımaqdan, Zəngəzur dəhlizinin açılmasından, ən sondasa, rəsmi Bakı ilə yekun sülh sazişini imzalamaqdan keçir. Və bütün bunlar baş vermədən rəsmi İrəvanın BVF-dən kredit alması o qədər də asan olmayacaq.
Ermənistan mətbuatının yaydığı məlumatlara görə, Paşinyan hakimiyyəti bu istiqamətdə artıq bəzi addımlar atmağa meyillidir. Hətta həmin addımların reallaşdırılması qarşısında olan əsas əngəllərin aradan qaldırılmasına da cəhdlər göstərilir. Hər halda, rəsmi İrəvanın Ermənistan cəmiyyətini sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsinə, eləcə də Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığına hazırladığı müşahidə edilməkdədir.
Digər tərəfdən isə Xankəndi və ətraf bölgənin Azərbaycan ərazisi olaraq, rəsmən tanınmasına hazırlığın aparıldığı da qətiyyən diqqətdən yayınmır. Hətta separatçıların rəhbəri Araik Arutyunyan da bir müddət öncə rəsmi İrəvanın belə bir niyyətinin olduğunu dolayısı ilə etiraf etmişdi. Və Ermənistan mətbuatının məlumatına görə, hazırda erməni separatçıları ilə rəsmi İrəvanın münasibətlərində ciddi gərginləşmə müşahidə olunur.

Digər bir məlumata görə, baş nazir Nikol Paşinyanın separatçıların rəhbəri Araik Arutyunyan arasında keçirilən son görüşdə bu məsələ xüsusi olaraq, müzakirə edilib. Bu görüşlə bağlı yayılan fotolarda uydurma “Artsax”ın qondarma “bayrağı”nın yer almaması da diqqətdən yayınmayıb. Baş nazir N.Paşinyan separatçı A.Arutyunyanı Ermənistan bayrağı altında qəbul edib. Və bu, rəsmi İrəvanın Xankəndi ilə bağlı məsələlərdə Azərbaycanı qıcıqlandıra biləcək addımlardan imtina etdiyini də göstərir.
Erməni sosial şəbəkələrində iddia olunur ki, həmin görüşün bəzi detalları artıq ictimaiyyətə sızdırılıb. Qeyri-rəsmi məlumatlara görə, baş nazir N.Paşinyan A.Arutyunyana Xankəndi və ətraf bölgə ilə bağlı Azərbaycanın maraqlarına uymaq lazım gələcəyini anlatmağa çalışıb.
A.Arutyunyan buna etiraz etməyə çalışsa da, erməni baş nazir ona Ermənistanın gələcək taleyində bu məsələnin həlledici səviyyədə rol oynaya biləcəyini izah edib. Və indiki vəziyyətin normallaşmayacağı təqdirdə, Ermənistanın mövcudluğunun belə, təhlükə altında qalacağını vurğulayıb.
Sosial şəbəkələrin erməni şəbəkəsində iddia edilir ki, baş nazir N.Paşinyan Ermənistanın maliyyə-iqtisadi durumunun fəlakətli vəziyyətə yaxınlaşdığını qabardıb. Bu vəziyyətdən çıxış yolunun istənilən halda, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına bağlı olduğunu arqumentləşdirib. Və hazırda Rusiyanın geopolitik maraqlarının da əsasən Azərbaycan-Türkiyə ittifaqı ilə uyuşduğunu vurğulayıb.

Əlbəttə, bu məlumatların həqiqətə nə qədər yaxın olduğu rəsmi İrəvanın bundan sonra atacağı addımlarla aydınlaşmağa başlayacaq. Ancaq Ermənistanın gələcək taleyinin Azərbaycanla imzalanacaq yekun sülh sazişindən asılı olduğu hazırda inkaredilməz reallıqdır.
Çünki, sərhəd probleminin həllindən başlayaraq, Zəngəzur dəhlizinin açılmasına və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınmasına qədər rəsmi Bakının israr etdiyi bütün addımlar atılmazsa, yekun sülh sazişinin imzalanması mümkün deyil. Bu isə maliyyə-iqtisadi böhranda boğulmaqda olan Ermənistanın uzun müddət tab gətirə bilməyəcəyi indiki blokada şəriatində qalması deməkdir.
Göründüyü kimi, Ermənistan hazırda acı reallıqla baş-başa qalıb. Vaxtilə dənizdən-dənizə “Böyük Ermənistan” xəyalları quran ermənilər indi “kiçik Ermənistanı” belə, itirmək təhlükəsi ilə üzləşiblər. Və hazirda itirilən hər gün “kiçik Ermənistan”nın da bir xəyal kimi əriyib, yox olması prosesini daha da sürətləndirir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI