Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verdi

Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verdi
31-03-2022, 23:54 290 dəfə baxılıb

Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasının ərazisindən tamamilə çıxarılıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə feysbukda Ukraynanın istisna zonasının idarə olunması üzrə Dövlət Agentliyi məlumat yayıb.
"Yenilənmiş məlumat. Hazırda Çernobıl AES-in yerində heç bir icazəsiz şəxs yoxdur", - agentlik bildirib.
Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala verib:
  “Bu gün Ukrayna MAQATE-yə məlumat verdi ki, fevralın 24-dən Çernobıl AES-ə nəzarət edən Rusiya qüvvələri AES-ə nəzarəti yazılı şəkildə ukraynalı personala təhvil verib”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI