Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukraynalı nümayəndələrin zəhərlənməsi xəbərinə Kiyevdən - Cavab

Ukraynalı nümayəndələrin zəhərlənməsi xəbərinə Kiyevdən - Cavab
28-03-2022, 21:48 213 dəfə baxılıb

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Bellingcat”ın Ukrayna-Rusiya danışıqlarında iştirak edən 3 nümayəndənin kimyəvi silahla zəhərlənə biləcəyi barədə məlumatını şərh edib.

Vətənim-Azərbaycandır.az” Ukrayna mediasına istinadən xəbər verir ki, Podolyak bu məlumatı informasiya təxribatı adlandırıb:
“Bu gün danışıqlar qrupunun bütün üzvləri adi qaydada işləyirlər. İnformasiya sahəsində çoxlu informasiya spekulyasiyaları, müxtəlif konspirasiya nəzəriyyələri və bu və ya digər informasiya oyununun elementləri var. Ona görə də bir daha təkrar edirəm - danışıqlar qruplarının üzvləri bu gün adi rejimdə işləyirlər”.
Lakin Podolyak adıçəkilən şəxslərdə zəhərlənmə əlamətlərinin olmadığını deməyib. 
Qeyd edək ki, zəhərlənənlər sırasında rusiyalı oliqarx Roman Abramoviç və deputat Rustem Umerovun adları çəklilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI