Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sabah Rusiya-Ukrayna danışıqları olacaq

Sabah Rusiya-Ukrayna danışıqları olacaq
14-03-2022, 08:24 201 dəfə baxılıb

Rusiya-Ukrayna danışıqları martın 14-də videobağlantı vasitəsilə davam etdiriləcək.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, sabahkı danışıqların videoformatda olub-olmayacağı sualına “Bəli” cavabını verib.
Qeyd edək ki, fevralın 28-də Belarusun Qomel vilayətində ilk Rusiya-Ukrayna danışıqları keçirilib. Martın 3-də Belovejskaya Puşçada keçirilən danışıqların ikinci raundunun nəticələrindən biri tərəflər arasında sakinlərin təxliyyəsi üçün humanitar dəhlizlər haqqında razılaşma olub.
Martın 7-də Brest vilayətində nümayəndə heyətləri üçüncü dəfə görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında da görüş keçirilib.
***
Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Tvitterdə bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir və ilkin nəticələrin yekunlaşdırılması üçün martın 14-də Moskva ilə Kiyev arasında danışıqlar aparılacaq.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI