Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq? - Çavuşoğludan açıqlama

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq? - Çavuşoğludan açıqlama
2-03-2022, 09:47 170 dəfə baxılıb

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq? - Çavuşoğludan “Rusiyanın Ukraynaya hücumu bütün dünyanı şok etdi. Şimal, cənub, şərq, qərbdən Kiyevə qədər hücum oldu. Vacib şəhərlərdə münaqişə və hücumlar davam edir. Şərqdə şəhərlər mühasirəyə alınıb”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu “HaberTürk”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN rəhbəri qeyd edib ki, Rusiya qısa zaman ərzində vacib şəhərləri ələ keçirməyi planlaşdırırdı.
O əlavə edib ki, indi vacib olan atəşkəsdir:
“Qarşıdurmalar, bombardmanlar davam edərkən, bir nəticə çıxmaz”.
Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında sanksiya məsələsi gündəmə gəlib:
“Əlbəttə, sanksiyalar Rusiya iqtisadiyyatına təsir edəcək. Bu sanksiya qərarını qəbul edən Aİ və digər ölkələrə də təsir edər. Biz tək-tək sanksiya qərarlarını təhlil edirik: iqtisadiyyatımıza, enerji təhlükəsizliyinə təsiri nə olacaq, hava məkanı da daxil olmaqla.
Biz sanksiyalara prinsipial olaraq qatılmadıq, qatılmaq planımız yoxdur. Telefonla danışdığımız tərəfdaşlarımız da “Bu sanksiyalara qoşulacaqsınızmı?” sualı verirlər. Biz də onlara mövcud sanksiyaların iqtisadiyyatımıza necə təsir edəcəyini söylədik. Bu məsələdə Türkiyəyə hər hansı tələb və ya təzyiq olmayıb”.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI