Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xarkovda təhlükəli bölgələrdən 30 azərbaycanlı təxliyə edilib

Xarkovda təhlükəli bölgələrdən 30 azərbaycanlı təxliyə edilib
28-02-2022, 16:28 238 dəfə baxılıb

Azərbaycanın Ukraynanın Xarkov şəhərində Fəxri Konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir. 

Bu barədə "Vətənim-Azərbaycandır.az" “Qafqazinfo”ya Konsulluqdan məlumata istinadən bildirilib ki, Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir:
“Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb. Eyni zamanda ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhəddinə evakuasiya edilib. Fəxri konsulluq Xarkov vilafət adminstrasiyasının operativ qəragahı ilə kommunikasiya kanalı formalaşdırılıb və vəziyyətdən asılı olaraq həmvətənlərin evakuasiyası prosessi davam etdiriləcək. Azərbaycanın Xarici İşlər Nazirliyi, Fövqaladə Hallar Nazirliyi və Diaspora ilə iş üzrə dövlət komittəsinin rəhbərliyi prosessi daim nəzarətdə saxlayır. Xarkov vilayətində vəziyyətinin ərazisində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna görə bir daha həmvətənlərin olduqları yerləri tərk etməməyə, hərbi obyektlərin yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırırıq”.
Məlumatda, həmçinin qeyd olunur ki, Konsulluq əməkdaşları sosial media hesablarını izləyir və sosial media kanallarında Xarkov vilayətində olan həməvətnlərimizin müraciətləri dərhal tərəfimizdən araşdırılır və onlarla mütəmadi kommunikasiya əlaqəsi təmin edilir. 
Konsulluq ötən gün Xarkov şəhərinin mərkəzində güllələnən Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədovun qətli ilə bağlı başsağlığı verib. 
“Xüsusi hallarla bağlı vətəndaşlarımız Xarkov şəhərindəki Fəxri Konsulluqla (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”, - məlumatda deyilir. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI