Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyanı beynəlxalq səhnədən təcrid edəcəyik” - ABŞ Prezidenti

Rusiyanı beynəlxalq səhnədən təcrid edəcəyik” - ABŞ Prezidenti
25-02-2022, 00:00 193 dəfə baxılıb

“Sabah NATO-da bir görüş olacaq və müttəfiq liderlər bir araya gələcək”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden açıqlamasında deyib.
O bildirib ki, Ukraynada hərbi qüvvələri olmayacaq:
“Biz öz gücümüz daxilində Amerika xalqının qorunması üçün hər şeyi etməkdəyik. Bu təcavüzkarlıq cavabsız qala bilməz. Kibermüdafiə məsələsində də hazırlıqlar görürük.
Zelenski ilə dünən danışdım. ABŞ müttəfiqləri ilə birlikdədir. Putin bu şəkildə güc tətbiq edərək, sərhədlərin dəyişməyəcəyini bilməlidir. Təcavüzkarlığı seçməyin nəticələri olacağını bilməlidir.
Rusiyanın strateji və iqtisadi olaraq çox təsirə məruz qalacağını görəcəksiniz. Bu prosesdən biz daha güclü çıxarkən, Rusiya daha zəif çıxacaq. Putin kimi zülmkar və tiranlar bu şəkildə azadlıqların qarşısına çıxa bilməyəcəklərini görəcək.
Rusiyanın beynəlxalq səhnədən təcrid olunmasını təmin edəcəyik. Putinlə danışmaq kimi bir planım yoxdur”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI