Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Ailəm Kiyevdə qalacaq” - Zelenski

“Ailəm Kiyevdə qalacaq” - Zelenski
14-02-2022, 23:11 286 dəfə baxılıb

Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin Kiyevdə onunla bərabər qalacağını deyib. 

Vətənim-Azərbaycandır.az” TASS-a istinadən xəbər verir ki, Zelenski ukraynalı iş adamlarının ölkəni tərk etmələri ilə bağlı sualı cavablandırarkən deyib: 
“Mənim ailəm həmişə mənimlədir, həmişə Ukraynanın yanındadır və bu, pafossuzdur. Mən prezidentəm, həyat yoldaşım sadəcə həyat yoldaşı deyil, birinci xanımdır və ailələrin necə davranması lazım olduğunu nümunə göstərməlidir”. 
Zelenski ölkə ətrafındakı vəziyyətlə əlaqədar bir sıra ölkələrin diplomatlarının Qərbi Ukraynaya getməsini səhv adlandırıb.
"Bəzi səfirliklərin Qərbi Ukraynaya köçməsi böyük səhvdir və bu, onların qərarıdır.  Qərbi Ukrayna yoxdur, bütöv Ukrayna var. Ona görə də, əgər Allah eləməsin, nəsə baş versə, bu, hər yerdə  olacaq”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI