Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hindistan bülbülü” dünyasını dəyişdi

Hindistan bülbülü” dünyasını dəyişdi
6-02-2022, 00:30 237 dəfə baxılıb

Hindistan kinematoqrafiyasının kadrarxası məşhur müğənnisi, bəstəkar və aktrisa Lata Manqeşkar 92 yaşında dünyasını dəyişib.

"Vətənim-Azərbaycandır.az"  NDTV-yə istinadən xəbər verir ki, Mumbay xəstəxanasında müalicə alan sənətçi koronavirusdan vəfat edib. 
Manqeşkar Hindistanın əfsanəsi və Bollivudun Qızıl dövrü adlanan - 1950-1970-ci illərin simvollarından biri hesab edilir. Ölkəsində o, “Hindistan bülbülü” və “Melodiya kraliçası” adlandırılır. Müğənni filmlərdə 30-dan çox hind dilində, o cümlədən hindi, marathi və benqal dillərində mahnılar səsləndirib. O, çoxsaylı kino mükafatlarının sahibidir. Manqeşkar 2001-ci ildə Hindistanın ən yüksək qeyri-hərbi mükafatı olan “Bharat ratna” ilə təltif edilib. 
Lata Manqeşkar “Avara”, “Cənab 420”, “Bobbi”, “Qisas və qanun”, “Qanq, sənin suların bulanıb” kimi məşhur filmlərin mahnılarını səsləndirib.
 





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI