Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ABŞ Polşaya əlavə 2500 hərbçi göndərə bilər

ABŞ Polşaya əlavə 2500 hərbçi göndərə bilər
2-02-2022, 13:13 188 dəfə baxılıb

ABŞ-ın Şərqi Avropaya göndərilməsi planlaşdırılan 8500 hərbçidən təxminən 2500-ü Polşaya göndərilə bilər.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə məlumatı Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pevel Solox Polşa radiosunun efirində deyib.
“Amerika tərəfi bu yaxınlarda Şərqi Avropaya təqribən 8500-dən çox hərbçinin göndərilməsinə hazırlaşdıqlarını bəyan edib. Çox güman ki, həmin hərbçilərin 2500-ü Polşaya göndəriləcək”, - deyə Solox əlavə edib.
Qeyd edək ki, hazırda Polşada təqribən 5000 amerikalı hərbçi yerləşdirilib. 
Xatırladaq ki, Pentaqonun mətbuat katibi Con Kirbi ötən həftə bildirib ki, ABŞ Avropaya 8500 hərbçi göndərməyə hazırdır, lakin bu barədə yekun qərar hələ verilməyib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI