Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əri öldürülən Ece yoxa çıxıb

Əri öldürülən Ece yoxa çıxıb
27-01-2022, 11:05 209 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Ece Erkenin vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu silahlı hücum nəticəsində öldürülüb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Ece Erkenin yaxın dostu, aparıcı Bircan Bali “Söylemezsem olmaz” proqramında mərhumun son sözlərini açıqlayıb: “Şafak qardaşın son sözləri “Xahiş edirəm, məni xilas edin” olub”.
Canlı yayımda göz yaşlarına boğulan aparıcı Ece Erkeni hadisədən sonra tapa bilmədiklərini deyib: “Dəyərli qardaşım, bədəninə 7 güllə vuruldu. Xəstəxanada qan itirməkdən dolayı öldü. Əvvəlcə sürücüyə vurublar, sonra Şafak qardaşa. Xəstəxana hadisə yerinə çox yaxındır. Saatlardır Ecedən xəbər ala bilmirik. Gecə xəstəxanaya gedib. Xəstənin öldüyünü öyrəndiyi an onu göndəriblər. O saatdan etibarən Eceylə kimsə əlaqə qura bilmir”.
Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI