Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yəməndə həbsxanaya hücumda ölənlərin sayı artdı

Yəməndə həbsxanaya hücumda ölənlərin sayı artdı
23-01-2022, 00:11 222 dəfə baxılıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 87 nəfər ölüb, 226 nəfər yaralanıb. Bu barədə şənbə günü Husilərin hökumətində səhiyyə nazirinin müavini olan Nəcib əl-Kubati məlumat verib.
Xatırladaq ki, dünən hücum zamanı 70 nəfərin öldüyü, 138 nəfərin isə yaralanması ilə bağlı məlumat yayılmışdı.
Qeyd edək ki, Yəməndə münaqişə 2014-cü ilin avqustundan davam edir. Qarşıdurma 2015-ci ilin martında daha da şiddətlənib. Müharibə dünyada ən böyük humanitar böhran yaradıb. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin - respublika əhalisinin təxminən 80%-nin humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI