Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyalı milyarder Qazaxıstanda terrorçu kimi saxlanıldı

Rusiyalı milyarder Qazaxıstanda terrorçu kimi saxlanıldı
11-01-2022, 20:49 195 dəfə baxılıb

Rusiyalı milyarder İqor Rıbakov Yeni il tətili üçün gəldiyi Qazaxıstanı tərk edə bilmir.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə iş adamının mətbuat xidməti Rusiya mətbuatına, o cümlədən Forbes və Znak.com-a məlumat verib. 
Bildirilir ki, Rıbakov yanvarın 3-də Qazaxıstana gəlib. Yanvarın 6-da və 8-də Almatıda o, qazax dilində “TOK” kitabının təqdimatını və yerli sahibkarlarla biznes forum keçirməyi planlaşdırırdı. Etirazlara görə onlar ləğv edilib və iş adamının özü, mətbuat xidmətinin dediyinə görə, internetsiz və praktiki olaraq “dünya ilə ünsiyyətsiz” qalıb.
Yanvarın 10-da Rıbakov Rusiyaya qayıtmağa hazırlaşsa da, lakin indiyədək buna nail ola bilməyib. İş adamının hazırda harada olduğunu onun nümayəndəsi dəqiqləşdirməyib. Mətbuat xidmətinin məlumatına görə, o, Almatıdan “təhlükəsiz yerə” çıxmaq və oradan təyyarə ilə uçmaq niyyətindədir.
Rıbakov həmçinin bildirib ki, media Qazaxıstandakı vəziyyəti “çox birtərəfli” göstərir, lakin o, daxildən “bir çox başqa şeylər” görür. Milyarder material topladığını və Qazaxıstandan çıxanda böyük video çəkməyə hazırlaşdığını bildirib.
“Dünən nəzarət-buraxılış məntəqəsində az qala problemlə üzləşdim. Məni terrorçu hesab etdilər. Mən həqiqətən belə görünürəm? Silah gücünə yeridiyim bir video var. Ancaq indiyə qədər onu ata bilmirəm - internet yoxdur. Nə yaxşı ki, hər şey yaxşı bitdi. Bu gün bir saatlıq internetə çıxış verdilər - üç gündə ilk dəfə”, - deyə Rıbakov təəssüratlarını bölüşüb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI