Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qazaxıstandakı aksiyalarda 200-dən çox insan polis bölməsinə aparıldı

Qazaxıstandakı aksiyalarda 200-dən çox insan polis bölməsinə aparıldı
5-01-2022, 14:50 271 dəfə baxılıb

Qazaxıstanın bir sıra bölgələrində maye qazın bahalaşması ilə bağlı keçirilən etiraz aksiyalarında 200-dən çox insan saxlanılıb.

Vətənim-Azərbaycandır.az” “Zakon.kz” nəşrinə istinadən xəbər verir ki, həmin şəxslər ictimai asayişi pozmaqda təqsirli bilinərək saxlanılıb.
Məlumata görə, yerli hüquq-mühafizə orqanlarının və prokurorluğun xəbərdarlığına baxmayaraq, ölkə vətəndaşları yolları bağlayıb, nəqliyyatın hərəkətinə maneə yaradıblar.
Aksiya zamanı Qazaxıstanın daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb, 37 xidməti avtomobilə zərər dəyib.
Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI