Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Almatıda fövqəladə vəziyyət elan edildi

Almatıda fövqəladə vəziyyət elan edildi
5-01-2022, 13:09 247 dəfə baxılıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Vətənim-Azərbaycandır.az” “Unian” agentliyinə istinadən xəbər verir ki, həmin ərazilərdə fövqəladə vəziyyət rejimi yanvarın 5-dən 19-na qədər davam edəcək. 
Almatı şəhərində fövqəladə vəziyyət rejimi çərçivəsində 23:00-dan 07:00-a qədər komendant saatı da tətbiq olunacaq. 
Məlumata görə, sözügedən qərar ölkədə bir neçə gündür davam edən qazla bağlı etirazlar fonunda ictimai təhlükəsizliyi təmin etmək, vətəndaşların hüquq və azadlıqlarının bərpa olunması məqsədilə verilib. 
Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI