Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İrəvandan İstanbula uçuşlar həyata keçirəcək şirkətin adı açıqlandı

İrəvandan İstanbula uçuşlar həyata keçirəcək şirkətin adı açıqlandı
21-12-2021, 09:45 278 dəfə baxılıb

“Flyone Armenia” bir neçə illik fasilədən sonra Türkiyəyə uçuşlar həyata keçirməyə başlayan ilk erməni aviaşirkəti olacaq.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mülki Aviasiya Komitəsi yayıb.
Bildirilir ki, Ermənistan şirkətləri 2015-ci ildən etibarən Türkiyə şəhərlərinə uçuşlar həyata keçirməyib.
“Flyone Armenia” şirkəti bir müddət əvvəl də İstanbula uçuşlar həyata keçirmək niyyətində olduğunu bəyan etmişdi.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən malayziyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, yaxın günlərdə İstanbul və İrəvan şəhərləri arasında uçuşlar başlayacaq.
Xatırladaq ki, Ermənistan və Türkiyə arasında hazırda diplomatik münasibətlər olmasa da, tərəflər iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediblər. Sözügedən şəxslər Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.
Xüsusi nümayəndələrin tezliklə görüş keçirəcəyi planlaşdırılır.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI