Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu ölkə qaranlığa qərq oldu

Bu ölkə qaranlığa qərq oldu
18-12-2021, 00:51 274 dəfə baxılıb

Venesuelada elektrik enerjisinin kəsilməsi səbəbindən bir çox bölgə qaranlığa qərq olub.

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Karakas başda olmaqla, ölkənin 23 əyalətindən 20-də işıq sönüb.
Venesuelanın energetika naziri Nestor Reverol fasilənin ölkənin şərqindəki Quri bölgəsində Simon Bolivar Su Elektrik Stansiyasına edilən kiberhücum nəticəsində yarandığını və problemin aradan qaldırılması üçün işlərin davam etdiyini bildirib.
Venesuelada özünü ölkənin müvəqqəti Prezidenti elan edən keçmiş Milli Assambleyanın (AN) prezidenti Xuan Quaydo işıq kəsintisinin iqtisadi böhran və ölkə administrasiyasındakı səriştəsizliyi ilə əlaqədar olduğunu iddia edib.
Bildirilir ki, son illərdə Venesuelada çoxsaylı elektrik kəsilməsi olub. Hökumət bunu təxribat kimi qiymətləndirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI