Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu ölkəni gələn il kütləvi aclıq gözləyir

Bu ölkəni gələn il kütləvi aclıq gözləyir
14-12-2021, 16:47 193 dəfə baxılıb

Somali son 40 ilin ən ciddi quraqlıq mövsümü ilə üzləşib. 2022-ci ildə ölkənin milyonlarla sakini aclıqla qarşılaşa bilər.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə məlumat Britaniyanın “Oxfam” xeyriyyə təşkilatının hesabatında yer alıb.
“Somalinin təxminən 90%-i ardıcıl olaraq yağıntısız 3 mövsümdən sonra şiddətli quraqlıq yaşayır. Ölkənin bəzi bölgələri son 40 ilin ən quraq mövsümü ilə üzləşib. Təxminən 3,5 milyon insan artıq ciddi ərzaq çatışmazlığı ilə qarşılaşıb, milyonlarla insan isə gələn ilin əvvəlində aclıq təhlükəsi ilə üzləşmək riski ilə qarşı-qarşıyadır”, - deyə təşkilatın hesabatında qeyd olunub.
Vurğulanır ki, bu, növbəti mövsümdə məhsul əkmək və yaxud mal-qara üçün örüş yerlərinin tapılması şanslarının sıfıra enməsi ilə əlaqədardır.
Təşkilatın proqnozuna görə, ölkədə 7,7 milyon insan 2022-ci ildə təcili humanitar yardıma ehtiyac duyacaq ki, bu da ölkə əhalisinin təxminən yarısını təşkil edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI