17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Qubada Milli Mətbuatın 148 illiyi qeyd olunub – FOTOLAR
Milli Mətbuatın 148 illiyi Qubada da qeyd edilib.
Vetenim-azerbaycandır.az - ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzindəki Media Şəhidlər Parkında təşkil edilən mərasimdə İcra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən birinci müavin Tariyel İbrahimovla yanaşı, rayon ictimaiyyətinin nümayəndələri və bölgədə fəaliyyət göstərən jurnalistlər iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin, eləcə də erməni təxribatı nəticəsində şəhid olan jurnalistlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər Azərbaycan mətbuatının tarixindən danışıblar. Bildirilib ki, ölkədə ilk mətbu orqanın, əsasını Həsən bəy Zərdabinin qoyduğu “Əkinçi” qəzetinin nəşrə başlamasından 148 il ötür. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görüb. Lakin onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Ötən dövr ərzində Azərbaycan mətbuatı uğurlu inkişaf yolu keçib, Ulu Öndər Heydər Əliyevin qayğısı sayəsində daha da inkişaf edib. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində isə daha müasir çağırışlara cavab verən, operativ mətbuat halına gəlib.