Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

25 Aprel Respublika Sahibkarlar günüdür

25 Aprel Respublika Sahibkarlar günüdür
24-04-2023, 12:40 277 dəfə baxılıb

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ 

Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Azərbaycan xalqının böyük oğlu Ulu Öndərimiz Heydər Əliyev öz uzaqgörən baxışları ilə bu günki uğurlu inkişaf yolumuzun təməlini qoymuş oldu. Və gərgin əmək zəhmət ilə bu gün Sahibkarlığın gözəl nümunələrini hər birimiz,sezməkdəyik. Sahibkar Qadınlar İctimai Birliyinin sədri olan Zenfira Ağayeva bu gün ölkəmizdə məhz qadın sahibkarların uğurlu fəaliyyət yolunu ön plana çəkərək onların gördüyü böyük işlərdən hər dəfə böyük bir həvəslə bəhs edir.Elə bu örnək fəaliyyət  sahiblərindən biri də məhz elə Zemfira xanımın özüdür.Bu günün mahiyyətindən istifadə edərək hörmətli Zemfira xanım bu gün ölkəmizdə fəaliyyətdə olan bütün Sahibkarları və xüsusiylə zərif cinsin nümayəndələri olan xanım sahibkarları ürəkdən təbrik etdi, onlara şəxsi və iş həyatında uğurlar və yüksəliş arzuladı.
Biz də "Vətənim-Azərbaycandır.az" kollektivi olaraq, başda hörmətli baş redaktorumuz Kamran Orucov olmaqla bütün əməkdaşlar adından Sahibkarlıq fəaliyyətində olan dəyərli insanları ürəkdən təbrik edirik.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva

"Vətənim-Azərbaycandır.az" 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI