21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
SDU-nun əməkdaşları ERASMUS+EQAC layihəsinin davamlılığı çərçivəsində keçirilən tədbirdə iştirak ediblər
Noyabr ayının 22-dən 24-dək Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (ERASMUS+EQAC) layihəsinin davamlılığının təmin olunması məqsədilə Bakı Biznes Universitetində tədbir təşkil edildi. Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, layihənin müəllifi Gülşən Bayramova, Gəncə Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə, eləcə də yerli və xarici universitetlərin Təhsildə Keyfiyyət Təminatı üzrə mütəxəssisləri iştirak edirdilər. Türkiyənin Dokkuz Eylül Universitetindən İlgi Karapınar, Böyük Britaniyanın Middlesex Universitetindən Corc Dafoulas, İspaniyanın Jean Universitetindən Cakinto Lombardo, İtaliyanın Tuscia Universitetindən Pavel Malizenkov, Polşanın İqtisad Universitetindən Xarina Çiça iştirak edirdilər.
Xarici ekspertlər Ali təhsil müəssisələrində keyfiyyət təminatının rolu və Avropa Universitetlərində daxili keyfiyyət təminatı sistemi haqqında təqdimatlarla çıxış edərək iştirakçıları ən yaxşı Avropa təcrübəsi ilə tanış ediblər.
Tədbirdə Sumqayıt Dövlət Universitetini Keyfiyyət Təminatı Şöbəsinin müdiri baş müəllim Nərmin Həsənova, ERASMUS+EQAC layihəsinin SDU tərəfindən meneceri Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Samirə Məmmədova təmsil edirdilər.
Qeyd edək ki, 2015-ci ildən SDU-da Qiymətləndirmə və Keyfiyyətə Nəzarət bölməsi rektor professor Elxan Hüseynovun müvafiq əmri ilə yaradılmışdır. Yüksək ixtisaslı kadr potensialının inkişaf etdirilməsi milli təhsil sisteminin əsas hədəfidir. Kadr potensialının artırılması dövlət tərəfindən tələb olunan beynəlxalq rəqabətə uğurlu inteqrasiya üçün dövlət prioritetidir. Buna görə də ölkədə keyfiyyətli təhsilin inkişafına nail olmaq üçün beynəlxalq standartlara cavab verən yeni təhsil islahatları və strategiyaları yaradılmışdır. Layihənin davamlılığının təmin olunması, təlim-tədris prosesində keyfiyyətin artırılması və keyfiyyətin yeni metodlarla ölçülməsi məqsədilə 2021-ci ildə SDU-nun rektorunun növbəti əmri ilə Qiymətləndirmə və Keyfiyyətə Nəzarət bölməsi yenidən təşkil edilərək Təhsildə Keyfiyyət Təminatı Şöbəsi kimi fəaliyyətini davam etdirir.
VETENİM-AZERBAYCANDIR.AZ