21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
ERASMUS+EQAC layihəsinin növbəti təlimləri keçirildi
İyulun 28-dən 30-dək Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” Erasmus+EQAC layihəsi çərçivəsində Keyfiyyət təminatı məsələləri ilə bağlı 3 günlük təlim keçirildi. Təlimin moderatorları Potsdam Universitetinin, San Karlos Universitetinin təhsildə keyfiyyət üzrə mütəxəssisləri oldu. Qeyd edək ki, layihənin SDU tərəfdən koordinatoru Tədrisin təşkii və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbovdur.
Məlumatlandırma sessiyasında keyfiyyət sözünün etomologiyası haqqında məlumat verildi, latın, yunan və fransız dillərində mənaları müzakirə olundu. Təlimin ilk günündə əsas mövzular QMS (keyfiyyətli idarəetmə sistemi) modelinin qiymətləndirilməsi, daxili keyfiyyət təminatı sistemi, tədris proqramlarının keyfiyyətinin yaxşılaşdırılması, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, məzunlarla və işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə edildi.
Təlimdə daxili və xarici keyfiyyətlə bağlı qrup tapşırıqları əsas yer tuturdu. Təlimin iştirakçıları online qrup otaqlarına daxil olaraq qrup rəhbərləri ilə verilən tapşırıları hazırladılar. Tapşırqlarla bağlı prezidentasiyada qruplar digər mütəxəssislərdən rəy almaq üçün ümumi online auditoriyada təqdimat etdilər. Qrup rəhbərləri Frank Niedermier, Irish Tejero Dakay, Eşqin Bayramov və Gülşən Bayramova idi.
Təlimdə ERASMUS+EQAC layihəsinin yerli tərəfdaşları (BBU, ADPU, AzMİU, ATU, GDU, NU, MU, SDU, OYU, AKU), o cümlədən tərəfdaş olmayan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri iştirak edirdilər. SDU-dan isə tədbirdə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri EQAC layihəsinin SDU tərəfindən meneceri t.f.d. Samirə Məmmədova iştirak etdi.