19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Arzularımızın şəhəri Sumqayıt.
Sumqayıt, əzizim, gözlərin aydın,
Sənin hər addımın böyük hünərdi.
Deyirəm, bəlkə də sən olmasaydın,
Yer üzü nə qədər boş görünərdi...
73 illik çox qısa bir zaman kəsiyində Xəzərin sahilində elə böyük bir sənaye mərkəzi, gözəlliklər şəhəri salınıb ki, bir sumqayıtlı olaraq fəxr etməmək mümkün deyil.
“Sumqayıtın çox gözəl gələcəyi var”, “Sumqayıt Azərbaycanın birlik və həmrəylik şəhəridir”, ”Sumqayıt istedadlı, savadlı, gənc oğlanlar və qızlar şəhəridir“ deyən ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub Sumqayıta, sumqayıtlılara hər zaman böyük rəğbətlə yanaşıb.
Möcüzə yaradıb insanın əli,
Arzular, əməllər necə uludur.
Hər bina birinin daşdan heykəli,
Hər küçə birinin ömür yoludur.
Sumqayıt zəhmətsevər insanlar şəhəridir. Bu şəhəri tikən, quran, onu dünya şöhrətli bir ünvana çevirən əlbəttə ki, fədakar əmək adamlarıdır. Sumqayıtın dünəni, bu günü, sabahı da onların ömür salnaməsidir.
Sumqayıt gənc mütəxəsislər, alimlər, ziyalılar məskənidir. Hər sahədə irəlidə olan şəhərimiz ziyalılıq səviyyəsinə və savad dərəcəsinə görə də öncül mövqedədir. Biz sumqayıtlı olaraq bu şəhərin alimləri və ziyalıları ilə hər zaman fəxr edirik.
Bu əlamətdar günlə bağlı olaraq S.Vurğun adına Mərkəzi Kitabxanada Sumqayıt şəhərinin 73 illiyi münasibətilə Sumqayıtın dünənini quran bir qrup ziyalılarımızla və bu günü, sabahı quracaq gənclərimizin “Sumqayıt: Arzuların şəhəri” adlı görüşü keçirilib. Mədəniyyətimizin yaddaş səlnaməsində Sumqayıtın adı ilə bağlı neçə əfsanə və rəvayətlər, ehtimallar mövcuddur. Kitabxanada keçirilən bu tədbirdə belə əfsanələrdən biri səsləndirilib.
Sumqayıt haqqında səsləndirilmiş əfsanə ilə başlanan tədbiri kitabxananın əməkdaşları və aparıcıları Sevda Məhəmmədova və Təranə Tapdıq qızı açaraq, qonaqları təqdim edib, onların şəhərimizin ictimai həyatında əvəzsiz xidmətlərini qeyd ediblər. Təqdim olunan qonaqlar arasında Sumqayıt şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov, üzvləri: Şıxbaba Rzayev, İsaq Vəliyev, Gülnaz Səfərova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist Eyruz Məmmədov, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin, Türk Ədəbiyyatı Vakfının fəxri üzvi şair İbrahim İlyaslı və Xidmət sahələri üzrə Sumqayıt Peşə Təhsili Mərkəzi, 5 nömrəli tam orta məktəbin müəllim, şagird kollektivi və tələbələr iştirak edib.
Veteranlar Təşkilatının sədri Sovet Şükürov şəhərimizin gələcəyi olan gənclərə əzmlə çalışmalı, yaxşı oxumalı, nizam-intizamlı olmalı, şəhərin gözəlliyini qorumalı, sumqayıtlı adını yüksək tutmalıdır kimi tövsiyyələr edib. Eyruz Məmmədov Sumqayıtın tarıxındən, şair İbrahim İlyaslı isə ədəbiyyat aləmindən bəhs edərək, şəhərimizə həsr etdiyi şeiri səsləndirib. Sumqayıtın tarixi, keçdiyi inkişaf yolu, bu günü haqqında qonaqların söylədikləri faktlar iştirakçılar tərəfindən maraqla dinlənilib. Sonra oxucuların ifasında doğma şəhərimizə həsr olunan şeirlər təqdim olunub. Daha sonra Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzivəsini m.i.e. Natəvan Axundzadə kitabxananın tarıxi, şəhərimizin həyatında kitabxanaların və kitabxanaçı əməyinin də danılmaz olduğunu qeyd edib, son olaraq qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirib.
Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
direktor vəzifəsini icra edən Natəvan Axundzadə
VETENİM-AZƏRBAYCANDIR.AZ