Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yeni Azərbaycan Partiyası - işığlı sabahımız, uğura gedən yolumuzdur.

Yeni Azərbaycan Partiyası - işığlı sabahımız, uğura gedən  yolumuzdur.
21-11-2022, 23:17 256 dəfə baxılıb

Yeni Azərbaycan Partiyası - işığlı sabahımız, uğura gedən yolumuzdur.
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Yeni Azərbaycan Partiyası - işığlı sabahımız, uğura gedən  yolumuzdur.
Azərbaycan gəncliyinin ideologiyasının formalaşmasında və tərəqqiyə gedən yolunun rəvanlanmasında müstəsna və əvəzolunmaz xidmətləri olan qalibiyyət və zəfər carçısı kimi yaddaşlarımıza həkk olunan Yeni Azərbaycan Partiyasının 30-cu ildönümünü qalib xalqın qürurlu vətəndaşları olaraq qeyd edirik.
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası hər bir partiya üzvünün yüksəliş yolu, özünütəsdiq  məkanı olmuşdur. Vətənimizin  son illərdə qazandığı böyük nailiyyətlər, uğurla yürüdülən siyasi xətt Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu gün uşaqdan böyüyə bu uğurlu yolun nəticələrinin sevincini yaşamaqdadır.30 il şərəfli, qürur dolu, iradə və mətinlik dolu yol keçən qalibiyyət partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. İllərdir Azərbaycanın dünya arenasında öz mövqeyi ilə seçildiyinin şahidinə çevrilmişik. Bütün bu illərin ən uğurlu və heyrətamiz nəticəsi isə 200 ildən artığdır ki, məmləkətimizin yaşamadığı, dadmadığı bir sevinc hissinin 44 günlük mükəmməl və məqsədyönlü "Dəmir Yumruq" adı altında Qələbə ilə sonlanan zəfər səlnaməmiz oldu. Və bu zəfər Yeni Azərbaycan Partiyasının,  Ulu Öndər Heydər Əliyev İdeyalarının və güçlü siyasi liderimizin cəsarətli qərarlarının təcəssümü idi. Xalqın iradəsi birliyi 30 illik əsarəti Zəfərlə sonlandırdı. Cənab Ali Baş Komandanımızın əzmi, iradəsi, qətiyyəti, məgsədyönlü qərarları Azərbaycan xalqının tarixinə Qalibiyyət səlnaməsi həkk etdi və Müzəffər sərkərdəmiz bütün dünyaya bizim xalqın haqq yolunda savaşdığını sübut etdi. Zəfər çaldığ, Qələbə sirinliyi dadan ölkələrin sıralamasında bayrağımız dalğalandı.
Və bu mükəmməlliyin əldə olunmasında hakim partiyamız olan Yeni Azərbaycan Partiyasının da müstəsna rolu vardır.
Gəlin tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının yaranma tarixinə qısa bir ekskursiya edək.
YAP-ın ideologiyası dövlət siyasəti ilə üst-üstə düşdüyü üçün son 30  ildə Azərbaycan böyük inkişaf yolu keçərək regionun lider ölkəsinə çevrilmişdir.
  Hələ 30 il bundan əvvəl  ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olaraq belə bir zərurət yarandı. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən  Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası yarandı. Təsis edildiyi gündən etibarən Yeni Azərbaycan partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkənin ictimai-siyasi həyatında mühüm və müstəsn rol aldı. Əyər bir işin başında lider bir şəxsiyyət varsa orda uğur və yüksəliş vardır. Elə bunun bariz sübutu da partiyaya rəhbərlik edəcək şəxsin məhz  Ulu Öndər Heydər Əliyevin sədrlik etməsi idi. Ulu Öndərimiz ilk olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Şükürlər olsun ki, bu gün də bu parlaq və uzaqgörən siyasi kursun idarəetməsində və ulu öndərimizin ideoloji yolunun təbliğində onun "Mən ona özüm qədər inanıram" deyə xarakterizə etdiyi varisi, güclü lider, əsl dövlət adamı, Azərbaycanın zəfər tarixinə öz imzasını qoyan Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev  dayanır. Bu güvəni və inamı bizlərə bəxş edən dövlət başçımız haqqında nə qədər yazsaq da onun gördüyü işləri, idarə etdiyi siyasi ideoloji xətti anlada bilmərik. Necə ki, 44 gün yetdi ki, o öz adını Azərbaycanımızın yeni zəfər səlnaməsinə həkk etsin. Biz artıq başı uca xalq kimi Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar barədə də böyük əminliklə danışa bilərik. Məhz diplomatik uğurlarımız Vətən müharibəsində Qələbəmizə öz müsbət təsirini göstərdi. Azərbaycanın informasiya cəbhəsində üstünlüyü döyüş meydanında Qələbəsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» çağırışı reallığa, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Təbii ki, uğurlarımızın tam şəkildə xronologiyasını təqdim etmək qeyri-mümkündür. Bu baxımdan ki, 30  il zaman baxımından kiçik görünsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngindir. Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz milli ruhda tərbiyə olundu, onlarda torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il tarixdə "Dəmir yumruq" adı altında əks hücum əməliyyatları sayəsində  torpaqlarımızı işğaldan azad etdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev adını tarixə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi yazdı. Nə qədər möhtəşəm və qürurvericidir bu sətirləri yazmaq, bu hissləri ifadə etmək. Bir sözlə, bu gün xalqımızın bütün təbəqələrinin hörmətini qazanmış, hər an onların yanında olan, bütün sahələrə diqqət ayıran, Yeni Azərbaycan Partiyasının layiqli Lideri, bütün Dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev ulu öndər  Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri  həyata keçirməyi bacardı və bundan sonra da bu siyasi ideoloji xətt davam etdirməkdədir. Ümumilikdə Partiyamızın sədri İlham Əliyevin  partiya ideyalarına sadiqliyi ölkədə  dövlətlə xalq arasında sarsılmaz monolit birlik yaratmağı bacardi və məhz əldə olunan bütün uğurların təməlində bu birlik dayanır. YAP-ın fəaliyyət göstərdiyi 30 ildə sübut olundu ki, YAP qaliblər partiyasıdır.
Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artmaqdadır. 
  Yeni Azərbaycan Partiyası həm də gənclərin partiyasıdır. Hər gün gəncləşən partiya sıralarımız bunu deməyə əsas verir. Mənə elə gəlir ki, bütün gənc siyasi həmfikirlərim mənlə razılaşar.Biz bu gün harda olmağımızdan, hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq bir məslək uğrunda birləşmişik.  Böyük bir ailənin üzvləriyik. Hər birimizin Yeni Azərbaycan Partiyası ilə bağlı uğur dolu hekayələrimiz var, hər birimizin böyük gətiyyətlə ünvanlandığımız  bir məqsəd yolumuz var. Biz fəxr edirik ki, Yeni Azərbaycan Partiyasının üzvləriyik!
Qürurluyuq, sevinclyik!
Mən də illər öncə bu partiyanın könüllüsü, sonra fəal  üzvü,  10 ilə yaxın isə YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının Sədr müavini kimi fəaliyyətdə olmuşam. Nə yaxşı ki, yolum səndən keçib deyə fərəh hissi yaşayıram. Ən gözəl uğurlarım səninlə olub, və hər zaman fəaliyyətimə layiqli qiymət almışam. 
Mənim doğma Partiyam, yaradılışın mübarək!
Qalibiyyət, zəfər  carçısı olan partiyamıza ölkəmizin tərəqqisi yolunda yeni-yeni uğurlar arzulayıram.  Başda Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev olmağla bütün siyasi həmfikirlərimi təbrik edirəm. Yolumuz uzun, uğurlu və rəvan olsun. 
Zəfər yaşın mübarək doğma YAP!
Yaşasın  Yeni Azərbaycan Partiyası!
Yaşasın Milli Birliyimiz!

Nəhayət Şirinova .
Yeni Azərbaycan Partiyasının fəal üzvü, İctimaiyyətçi. 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 
ADPU Quba filialının əməkdaşı.


VETENİM-AZƏRBAYCANDIR.AZ



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI