01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Azərbaycan qadını mükəmməlliyi ilə hər zaman seçilmiş və cəmiyyətdə bu adın xüsusi çəkisi vardır.
Elə bir sahə yoxdur ki orda qadın imzası, qadın uğuru, qadın adı olmasın. Vətənimiz qeyrətli, mərd, bacarıqlı, təhsilli, elmli, milli mənəvi dəyərlərə sadiqliyi ilə seçilən xanımlarımızla hər zaman qürurlanmışdır. Bu gün elə məhz sadaladığım o sıralamadan olan bir ziyalı bacımızdan bəhs edəcək və onun humanist və xeyirxahlığa köklənmiş fəaliyyətindən danışacağıq. Abşeron rayonu Masazır Qəsəbəsində yerləşən FaMe
KİDS Uşaq İnkişaf və tədris mərkəzinin direktoru Əliməmmədova Sevda Nail qızı gənc nəsilin təlim tərbiyəsi, onların cəmiyyətə qazandırılması istiqamətində müstəsna işlər görməkdədir. Məqsədi və amalı gənclərin təhsilli, savadlı yetişdirilməsidir. Sevda xanım uğurlu fəaliyyəti ilə seçildiyinə görə dəfələrlə mükafatlara, diplom və sertifikatlara layiq görülmüşdür. Gənc olmasına baxmayaraq isinin öhdəsindən bacarıqla gələn Sevda xanım bir çox xeyriyyəyə köklənən layihələrin iştirakçısıdır. Rəhbəri olduğu mərkəzdə Şəhid və Qazi övladlarına təmənnasız xidmət göstərir və daima onların yanındadır. Bu gün isə daha bir möhtəşəm günün səbəbkarına çevrildi. Belə ki, 44 günlük haqlı Vətən savaşının mükəmməl qələbəsini öz çanı, qanı bahasına bizlərə bəxş edən oğullarımızdan biri olan Şəhid Azər Mikayılovun yadigarı olan oğlu Mikayılov Musanın doğum gününü geyd etdi. Tədbirdə Şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak edirdi. Vətənim - Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru Kamran Orucov da tədbirdə iştirak etmişdir. Biz də komandamız adından Sevda xanıma bu çətin və məsuliyyətli işində bol-bol uğurlar, müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun!
Nəhayət Şirinova.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.
VETENİM-AZƏRBAYCANDIR.AZ