Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ssenariyə görə atəş açılmamalı idi - Yeni təfərrüat.

Ssenariyə görə atəş açılmamalı idi - Yeni təfərrüat.
20-11-2021, 12:59 25 dəfə baxılıb

“Rust” filminin çəkilişlərində operator Qalina Hatçinsin qətli ilə bağlı yeni təfərrüat üzə çıxıb.

Vətənim-Azərbaycandır.az” “Variety” nəşrinə istinadən xəbər verir ki, rejissor köməkçisi Memi Mitçell qətli törədən aktyor Alek Bolduini, ekran işinin prodüserlərini və silah üzrə texniki məhkəməyə verib.
Los-Anceles məhkəməsinə müraciət edən M. Mitçell iddia edir ki, A. Bolduinin operatora atəş açması zamanı həm fiziki, həm də mənəvi zərər çəkib.  
Onun sözlərinə görə, aktyor qəsdən, heç bir səbəb olmadan insanlara, o cümlədən operator Qalina Hatçins və rejissor Coel Souzaya atəş açıb. İddia ərizəsində deyilir ki, A. Bolduin çəkilişdən əvvəl tapançanı yoxlamalı, onun işlək vəziyyətdə olmadığından əmin olmalı idi. O da qeyd olunur ki, həmin səhnədə atəş ümumiyyətlə açılmamalı idi.
Xatırladaq ki, oktyabrın 22-də sözügedən filmin çəkilişlərində aktyor Alek Bolduinin butafor revolverdən açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins ölüb, rejissor Coel Souza yüngül xəsarət alıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI