Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tanınmış fotoqrafı dələduzluqda ittiham etdilər, belə cavab verdi.

Tanınmış fotoqrafı dələduzluqda ittiham etdilər, belə cavab verdi.
4-11-2021, 13:38 265 dəfə baxılıb

Tanınmış fotoqraf Zeynal Məmmədli dələduzluqda ittiham edilib. 

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə onun müştərilərindən biri, bloqer Ülkər Ağayeva sosial şəkəbə hesabında şikayət edib. O, fotoqrafla olan vatsap yazışmalarını paylaşıb, Z. Məmmədlinin onun ismarışlarını cavabsız qoyduğunu bildirib. Ü. Ağayevanın sözlərinə görə, fotoqrafın komandası ondan toy və xına çəkilişi üçün 5 min AZN pul alıb, lakin fotolarını və toy diskini vaxtında təhvil verməyib.
Paylaşıma digər bloqer Nagehan Abdullayeva da şərh yazıb və başqa bir ittihamla çıxış edib. O, Z. Məmmədlinin özünə və bloqer Elmira Namazovanın anasına pul “atdığını” yazıb: “1 500 də mənə borcludur, yazdıq, axtardıq, cavab yox. O qədər ölkə gəzir, 5 minə toy çəkib, pulu yoxdur?!”
Z. Məmmədli də ittihamlara sosial şəbəkə üzərindən cavab verib: “Bu, qara PR-dır, nədir, bilmirəm. Məni tanıyan hər kəs bilir ki, heç kəsi aldatmamışam. Mən hələ də bu yazılanlara gülərək susuram. İnşallah, tezliklə haqqımda “dələduz” sözünü yazan və yazdıran insanlar məhkəmə qarşısında cavab verdikdən sonra yəqin ki, o “dələduz” sözü “dələduz profil” və “dələduz cütlük” sözləri ilə əvəz olunacaq!”

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI