Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kəlbəcərdə komando hərbi hissəsində döyüş bayrağımız yenidən dalğalandı.

Kəlbəcərdə komando hərbi hissəsində döyüş bayrağımız yenidən dalğalandı.
5-07-2022, 09:57 202 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

44 günlük şanlı zəfəri izin təməli goyulduğu gündən bu tendensiya artan sıra ilə inkişaf edir. Müzəffər sərkərdəmizin azad olunan torpağarımıza hər səfəri bir xoş hadisəyə çevrilib yaddaşlarımıza həkk olunur.
24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bundan 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olundu və bu da onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. 
Azad və qalib ölkənin vətəndaşı olaraq fəxarət hissi duymamaq mümkünsüzdür. 
 Bu gün dünyada güc amili ön plandadır.
Və hec kəsə sirr deyil ki, illərdir Azərbaycanda ordu quruculuğu sahəsində dövlət səviyyəsində görülən işlər, məqsədyönlü fəaliyyət məhz 44 günü əhatə edən möhtəşəm Qələbə izlə sonlandı. Düşməni olan bir ölkəni bu uğur iyforiyaya uğratmamalı olduğu üçündə təməli və daimi bu yöndə tədbirlər, və mükəmməl inkişaf istiqaməti davam edir.
 Heç kəsə sirr deyil ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. 
Belə ki, işğalçı erməni qəsbkarları heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi.
Biz öz əbədi və əzəli torpağlarımızdan uğrunda mücadilə aparırdıq. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaqdır. İllərdir davam edən çoxşaxəli inkişaf modeli var idiki o da, sürətli inkişaf iqtisadi müstəqilliyi təmin etdi və Qələbəni yaxınlaşdırdı. İqtisadi müstəqillik müharibəni aparmaq üçün imkan yaratdı. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. 
Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. 
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir.
Azərbaycan adlı qüdrət və güc sahibinin apardığı uğurlu və ideoloji siyasət öz nəticəsini bütün cahana belə bəlli etdi.
Yaşasın güclü Azərbaycan!
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-azərbaycandır.az xəbərlər informasiya portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI