01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Vətən müharibəsi qazilərinə kimlər və niyə böhtan atır?
Vətən müharibəsi qazisinin sözlərinə görə, “Bakı Birlik Təşkilatı”nın və “KİM TV”nin rəhbəri Abid Qafarov onun və digər qazi yoldaşlarının haqqında xoşagəlməz və təhqiramiz ifadələr işlədib: “Biz onun şər-böhtan xarakterli videoçıxışına görə, məhkəməyə müraciət etmişik. Çoxsaylı xahişləri nəzərə alaraq “üzr istəmək” və “videoları silmək” şərti ilə ayın 4-də keçiriləcək növbəti məhkəmədə şikayətimizi geri götürəcəyimizə qərar verdik. Bunu da ictimaiyyətə bəyan etdik. Lakin Abid Qafaqov razılaşmanın bir hissəsini yerinə yetirsə (üzr istəyib) də, vədini (Qurban Məmmədovun YOUTUBE kanalında yayımlanan böhtan xarakterli video silinməyib) tam olaraq həyata keçirmədi. Ona görə də, biz hazırda şikayətimizi geri götürməkdən imtina edirik”.Ceyhun Ağayev əlavə edib ki, Abid Qafarov Qurban Məmmədovun YOUTUBE kanalında yerləşdirilən videonun silinəcəyinə çalışacağı haqda söz verib: “Bizi aldatdılar ki, videonu siləcəklər. Lakin video silinmədi, sadəcə müvəqqəti yayımı dayandırıldı. Buradan belə qənaətə gəldik ki, onlar gələcəkdə şər-böhtan xarakterli bu videoları yenidən yayımlayacaqlar. Ona görə də, biz şikayətimizi geri götürməkdən imtina edirik. Buradan da bəyan edirik ki, biz “Tərtər İşi”nin araşdırılmasının qarşısının alınması üçün heç kimin sifarişini (qarşı tərəf iddia edir ki, guya qazilər Hərbi Prokuror Xanlar Vəliyevin və Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilovun sifarişini yerinə yetirir) yerinə yetirmirik. Heç kimin tapşırığı və maddi qarşılığı üçün məhkəməyə müraciət etməmişik. Bunu da sübuta yetirmişik”.