Siyasi arenanın diqqətində dayanan və gündəmin əsas prioritetlərindən olan böyük miqyaslı forum və konqreslər günümüz əsas reallığına çevrilmişdir. Bu qəbildən olan növbəti möhtəşəm tədbir Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masası təşkil edilməsi oldu. Forumda iştirakçılar öz ölkələrinin şəhərsalma sahəsində təcrübəsini bölüşüb, əsas çağırışlar barədə fikir mübadiləsi aparıblar.
Xatırladım ki bu Forumda ölkəmiz Azərbaycanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev təmsil edib.
Ölkə Başçımız Cənab İlham Əliyev də bu forumda vidyoformatda çıxış etmiş və öz dəyərli fikirlərini bildirmişdir.
2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Strateji planlama və səmərəli əməkdaşlıqsahəsində əvəzolunmaz bir tədbir kimi hər birimizin yafdaşındadır. “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.
Gündəmin əsas məsələlərindən biridir bu nüans.
Artığ bütün cahan dövlətlərinə bəllidir ki,
Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Xüsusi amansızlıqla tarixi abidələrimiz yerlə yeksan edilmiş, yandırılmış, yer üzündən silinməsi üçün əllərindən gələni etmişdirlər.
Bu da Ermənistanın necə bir işğalçı olduğuna bariz nümunədir. Dünyanı riqqətə gətirən olaylardan biri kimi məscidlərimizdə, ibadət ocağlarında heyvan, mal - qara saxlanılmasını misal göstərə bilərik.
Bütün bu halların aradan qaldırılması üçün dövlətimiz və dövlət Başçımız böyük bir səy göstərir.
Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
İşqaldan azad olunan hər qarış torpağımız bərpa ediləcək, yenilənəcək, çiçəklənəcəkdir.
Qalib xalq olaraq yeganə məqsədimiz budur.
Bu yolda səfərbər olan Cənab Prezidentimizi Allah hifs etsin!
Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.