ELMAR BƏY & ÜLKƏR XANIM.. TƏBRİK EDİRİK !!!
Xalqımız öz adət-ənənəsinə bağlı humanistliyi ilə başqa xalqlardan seçilir. Böyüyə-kiçiyə hörmət edən Vətənpərvər gənclərimiz bizim qürur mənbəyimizdir. 26.06.2022ci il ASTARA rayonunda iki vətənpərvər övladımızın Quba şəhər Polis Şöbəsinin əməkdaşı ELMAR bəyin və Sosial müdafiə fondunun fəal işçisi, gəlinimiz ÜLKƏR xanımın həyatının ən şad günləri, TOY ŞƏNLİYİ hamını heyran etdi. Əslən Astaradan olan gözəllər- gözəlimiz ÜLKƏR xanım öz dədə baba ocağında doğmaların xeyir-duası altında bu izdivacın bağlanmasını özünə borc bildi. Ölkəmizin Cənub
bölgəsindəki belə bir şənlik öz Möhtəşəmliyi ilə xüsusi ilə vurğulanır. Vətənpərvər Gənclərin izdivac gününün -26iyun tarixinə qərar vermələri təsadüfu deyildi. Bildiyimiz kimi ilk dəfə 26.06.1998ci il tarixində Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Azərbaycan Müstəqil respublikasının Silahlı Qüvvələri günü kimi qeyd olunması sərəncamı verilib.
Vətənpərvər gənclərimiz özəl günlərinin məhz bu gündə keçirilməsi ilə xalqa, dövlətə, millətə sadiq olmalarını öz gözəl niyyətləri ilə bir daha sübut etdilər. Hamının gözündən sevinç yağırdı. Gənclərimizin həyatının qayğılarla dolu bir günü, doğmalara, tanış- bilişlərə ayırdığı vaxtın məhdudiyyətinə baxmayaraq, diqqət mərkəzində yalnız bir şey var idi,VƏTƏNƏ OLAN MƏHƏBBƏT. İştirak etdiyimiz toyda iştirakçıların hər birinə (150-200 bayraq) şəxsən səbəbkarların:
ELMAR və ÜLKƏR cütlüyünün təqdimatı ilə dövlət atributu olan Azerbaycan Bayrağı təqdim olundu. Azərbaycanın gözəl melodya sədaları altında Bayraqlarımız havada dalğalanırdı. Səbəbkarların milli qürurları sayələrində çox gözəl hisslər bəxş edən bir gün keçirdik. Gənclərimizin inkişafı və gələcək nəsilə nümunə olacaq belə
toy şənliklərinin bütün regionlarda təşkil olunması
hamımızın arzusudur.
Cənub bölgəsinin Sahibkar Qadınlar IB.nin sədri, xeyriyyəçi
Hacı Zǝrintac xanım başda olmaqla bütün xeyir-dua verən
doğmalarının səsinə səs veririk, AMİN-deyirik. Vətənim-Azerbaycandır.az xəbər portalının komandası olaraq ELMAR bəy və ÜLKƏR xanım cütlüyünə bir ömür boyu xoşbəxtlik diləyirik.. Özlərinə və Vətənə layik 7oğlan, 1qız övladının valideyini olmalarını uca Allahdan arzu edirik.!! Vətənpərvər, Qeyrətli, Ağıllı gənclərimiz bizim qürur yerimizdir.
Naile Muradova.
Vətənim-Azərbaycandır az. İcraçı direktor: