Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ADPU Quba filialının növbəti uğuru.

ADPU Quba filialının növbəti uğuru.
27-06-2022, 13:03 1 625 dəfə baxılıb

Quba filialının direktoru dos.Y.Alıyev Beynəlxalq diplomla təltif edilib


ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təkcə filialdakı fəaliyyəti deyil, həm də həm də Türk dünyası mədəniyyəti qarşısındakı xidmətlərini, elm sahəsindəki nailiyyətlərini nəzərə alınaraq Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən təltif edilib. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının direktoru professor Hayreddin İvgin tərəfindən yazılan Fəxri diplom və medalı dos.Y.Alıyevə eyniadlı Akademiyanın Azərbaycandakı nümayəndəsi Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Elçin İsgəndərzadə və İctimai xadim, texnika elmləri namizədi, şair, 1996-2002-ci illərdə Azərbaycanın Gürcüstan Respublikasındakı səlahiyyətli səfiri Hacan Hacısoy təqdim edib.
Həmçinin dosent Yusif Alıyev məhsuldar elmi-tədqiqat fəaliyyətinə görə mənzil-qərargahı Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiyyat Elmləri Akademiyasının elmi arasdirmalar və təhsil xidmətlərinə görə "Leonard Eyler medalı" ilə də təltif olunub.
Direktorumuzu bir daha bütün filial kollektivi adından səmimqəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Nəhayət Şirinova. 
ADPU Quba filialının əməkdaşı. 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI