Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Monopoliyadan yaranan inflyasiya Azərbaycan xalqına böyük ziyan vurur..."

“Monopoliyadan yaranan inflyasiya Azərbaycan xalqına böyük ziyan vurur..."
20-06-2022, 21:04 285 dəfə baxılıb

”Neftin qiymətinin artması büdcə gəlirlərini artırır, idxal məhsullarının qiymətlərini artmasının ziyanını isə əhali çəkir.

Bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. 
     
Əli Məsimlinin çıxışında monopoliya,qiymət artımının sürətlənməsi və inflyasiyaynın Azərbaycan əhalisinə vurduğu zərbə xüsusi yer tutub. Əli Məsimli bildirib ki, 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinində bu il inflyasiyanın 12,5 faiz olacağı proqnozlaşdırılıb,amma şəxsən mən buna inanmıram, inflaysiya həmin rəqəmdən daha yüksək olacaq.Xüsusən də ərzaq məhsullarının qiymətləri artmaqda davam edəcək. Deputat əlavə edib ki, inflyasiyadan danışılanda idxal inflyasiyası nəzərə alınsa da, ölkəmizdə məmur sahibkarlığının doğurduğu monopoliyadan yaranan qiymət artımı problemini hökumət nümayəndələri nəzərə almır. Halbuki Azərbaycanda monopoliyanın olması inflyasiya göstəricilərinə də təsir edir.
 
Əli Məsimli xüsusi vurğulayıb ki: “Monopoliyadan yaranan inflyasiya Azərbaycan xalqına böyük ziyan vurur. Məmur monopoliyası ilə qiymətin artırılmasının hər faizinə görə il ərzində Azərbaycanda əhalinin ailə büdcəsinə 400 milyon manatdan çox ziyan dəyir. Bu artım bir neçə faiz olanda isə həmin ziyan milyardlarla manat səviyyəsinə qalxır”. Deputat qeyd edib ki, Azərbaycanda anti-inflyasiya tədbirləri görülməsi barədə fikirlər söylənilsə də, görünən budur ki, qiymətlər artmaqda davam edir.Bu məsələyə ciddi, həm də köklü yanaşılmasına və Milli Məclisin növbədənkənar sessiyada Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmasına ehtiyac var. Əli Məsimlinin monopoliya ilə bağlı açıqlamalarına etiraz edən deputat həmkarının “Azərbaycanda 3-4 sahədə inhisarçılıq ola bilər,amma ümumilikdə monopoliya yoxdur” fikrinə cavab olaraq Əli Məsimli bildirib ki, “siz iqtisadi fəaliyyətin əsas sahələrindən heç olmasa birini göstərin ki, orada monopoliya olmasın”. 
       
Əli Məsimlinin çıxışında əsas yer tutan məsələrdən biri də  “neft gəlirlərinin artmasından büdcəyə daxil olan əlavə vəsaitin bölgüsü ilə bağlı olub. Deputat dürüstləşdirilmiş büdcədən əhalinin sosial müdafiəsinə də vəsait ayrılmasını təklif edib.Deputat bildirib ki, birincisi, əlavə  vəsaitin bölgüsündə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in istiqamətləri əsas götürülməliidr.İkincisi, dünya bazarında neftin və qazın qiyməti artır və Azərbaycan  bundan xeyli əlavə gəlir götürür. Eyni zamnada yüksək neft qiyməti əksər mal və məhsulların maya dəyərində oturur,qiymətləri artırır  və deməli biz xaricdən aldığımız malları əvvəlkindən baha qiymətə alırıq. Neftin qiymətinin artmasından büdcə qazanır.Xaricdən aldığımız məhsulların bahalamasının əlavə xərclərini isə əhali ödəyir.Ona görə də  neft gəlirlərinin bölgüsündə  əhalinin gəlirlərinin artan inflyasiyayanın yeminə çevrilməsi məsələsi kənarda qalmamalıdır. Bu il davam edən yüksək inflyasiyanın xərclərini qarşılamaqdan ötrü  qiymət artımı nəticəsində əhaliyə dəyən ziyana görə sosial müdafiə tədbirləri görülməli, əhalinin gəlirlərinin,əmək haqqı, pensiya,müavinətinin inflyasiyanın yeminə çevrilməsi nəzərə alınmalı, sosial müdafiə xərcləri artırlmalı,kompensaisya və digər tədbirlər həyat keçirilməlidir.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI