Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Uşaqlar arasında “tər testi”nin nəticələri açıqlandı

Uşaqlar arasında “tər testi”nin nəticələri açıqlandı
14-06-2022, 14:57 272 dəfə baxılıb

Kistoz fibroz xəstəliyinin erkən diaqnostikası məqsədilə 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayının sonunadək həkim təyinatına uyğun olaraq uşaqlar arasında 282 “tər testi” aparılıb. 


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən      "Vətənim-Azərbaycandır.az" “Qafqazinfo”ya istinadən verilən məlumata görə, Xidmətlər Zərfi ilə təminata alınan bu müayinəyə əsasən, erkən yaş dövründə olan uşaqlar cəlb olunub.

“Tər testi”ndə iştirak edənlərin 46-sı 1 yaşa qədər olan körpələr, 123-ü 1-3 yaş arası, 53-ü 3-6 yaş arası, 60-ı isə 6 yaşdan yuxarı olan uşaqlardır. Müayinələr zamanı 27 nəfərin test nəticəsi müsbət, 49 nəfərinki şübhəli, 206 nəfərin test nəticəsi isə mənfi çıxıb. Kistik fibrozis diaqnozu təsdiqlənən uşaqlar Uşaq Klinik Xəstəxanasının Kistoz Fibroz Mərkəzində qeydiyyata alınır. Burada onlar qidalanma, fiziki inkişaf və tənəffüs göstəriciləri ilə bağlı həkim tərəfindən mütəmadi kontrol müayinələrə cəlb olunurlar. Hazırda Mərkəzdə kistoz fibroz diaqnozu təsdiqlənmiş 43 uşaq qeydiyyatdadır.

Qeyd edək ki, hazırda “tər testi” TƏBİB-in tabeliyindəki Bakı şəhərində fəaliyyət göstərən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Uşaq Klinik Xəstəxanasında aparılır. Kistoz fibroz - irsi yolla keçən və metabolizm prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu xəstəliyin körpənin həyatının ilkin dövründə müşahidə olunan əlamətlərinə yenidoğulmuşda uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya, öskürək, təngnəfəslik, pnevmoniya, dəridən duzlu dad gəlməsi, fiziki inkişafın ləngiməsi və s. aiddir. Xəstəliyin məktəbəqədər, məktəb yaşlı uşaqlarda və yeniyetmələrdə simptomları fərqli olur. Ailə üzvləri kistik fibrozis xəstəliyinin daşıyıcısı və ya onlarda bu xəstəliyin əlamətləri olduqda iki həftədən sonra yenidoğulmuşda “tər testi” aparılmalıdır. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI