Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Alimlərin baş tutmayan Şuşa səfəri ilə bağlı - AMEA-dan açıqlama

Alimlərin baş tutmayan Şuşa səfəri ilə bağlı - AMEA-dan açıqlama
10-06-2022, 10:21 254 dəfə baxılıb

AMEA sosial şəbəkələrdə alimlərin Şuşaya səfəri ilə bağlı üzləşdiyi dələduzluq haqda məlumat yayıb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, AMEA-nın İnformasiya şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Şuşada elmi konfrans adı ilə 470 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək.

Ötən gün yayılan məlumatda bu səfərin AMEA-nın bir neçə institutu tərəfindən təşkil edildiyi iddia edilib. Bu sırada Qafqazşünaslıq İnstitutu, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutunun adları hallanıb. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI