Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən - Açıqlama

Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən - Açıqlama
8-06-2022, 09:54 302 dəfə baxılıb

Sosial şəbəkələrdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun gələn ay Həcc ziyarətinə gedəcəyi barədə xəbərlər yayılıb.


Sabiq nazirin ailəsindən "Vətənim-Azərbaycandır.az" “Qafqazinfo”ya istinadən bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi qaydalara əsasən, 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağandır: “Bu səbəbdən də Ziya Məmmədovun bu il Səudiyyə Ərəbistanına gedərək ziyarətdə iştirak edəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, onun qardaşı, sabiq deputat Elton Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, 70 yaşlı Z.Məmmədov vəzifədən azad olunandan sonra əsasən Ucar rayonunun Qazıqumlaq kəndində yaşayır və təsərrüfatla məşğul olur, vaxtının böyük hissəsini Quran oxumaqla keçirir.

Son günlərdə isə Ziya Məmmədovun adı yararsız hala düşən Bakı-Quba yolu ilə bağlı tez-tez hallanır. Qeyd edilir ki, həmin yola sabiq nazirin vaxtında 1 milyard manatdan çox vəsait xərclənsə də, həmin magistral qısa müddətdə sıradan çıxıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI