2022-ci il may ayının 28-də ölkəmizdə misli görünməmiş bir festival baş tutdu .
"TEKNOFEST AEROKOSMİK VƏ TEXNOLOGİYA" Festivalı.
Bütün dünyanın gözü və nəzəri Azərbaycanımıza yönəldi. Azərbaycan-Türkiyə qardaşlığının uzun və əbədi yolu hər kəsin gözü önündə canlandı. O, yol ki, ona bütün tarix şahidlik edir.
Yaxın Şərqdə Azərbaycan xalqı104 il bundan əvvəl AXC-ni qurmuş , lakin bu Cümhuriyyətin ömrünün uzun olmamış iki ildən sonra öz müstəqilliyini itirmişdir. Yenidən Azərbaycan dövlət müstəqilliyini 90 - cı illərin əvvəllərində bərpa etmiş, 30 ildir ki Azərbaycan xalqı müstəqil yaşayır.
Azərbaycan və Türkiyənin iki qardaş olduğunu, Türkiyənin daim Azərbaycanın yanında olmasını, biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini daim hiss etdiyimizi , bu gün də Türkiyə və Azərbaycanın bir yerdə olduğunu artığ bütün cahan bilir .İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında" Azərbaycan tək deyil, Türkiyə də onun yanındadır" deməsi Azərbaycana əlavə güc vermişdir. Bu mənəvi dəstəyə Zəfərimizə təkan qardaşlığımız nümunə oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinın prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Bakı şəhərində keçirilən "Teknofest Azərbaycan" Aerokosmik və texnologiya festivalında çıxış edərək öz biliklərini bir daha nümayiş edştdurdilər.
Nə qədər gürurvericidir dünyada öz imzasını qoymuş liderlərlə birgə bu gözəl anları paylaşmaq. Və o, xoşbəxtliyi məndə həmən gün yaşayanlardan biri oldum, ömür yoluma qızıl hərflərlə həkk etdim bu tarixi dönəmi.
İnanın ki, sözlər cümlələr acizdir o möhtəşəmliyi hansısa mətnə köçürmək üçün. Çoxsaylı qonağların və liderlərin iştirakı ilə düzənlənən "Teknofest Aerokosmik və Texnologiya" Festivalı hələ uzun illər xatırlanacaqdır.
Festivalda bir gün əvvəl 30 illik əsarətdən can qurtaran Şuşamızla səfərdə olan iki qardaş ölkənin liderləri, və bu mükəmməl Zəfərin talisman ına çevrilən "Bayraktarın" ixtiraçısı, böyük alimlərdən dərs almış Şəlcuk Bayraktarın Şuşa ilə bağlı olduğca yaddaqalan fikirləri və xatirələri oldu. Azərbaycanımızda belə mükəmməl "Teknofest Aerokosmik və Texnologiya" Festivalı ın baş tutması hər birimiz üçün böyük bayram əhval-ruhiyyəsi yaratdı.
Davamlı olmasını arzu edirik, fərəhlənirik, qürurlanırıq.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır. az xəbər portalının şimal zona rəhbəri.