Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

” Oğullar döğular Vətən doğulmaz” adlı tədbir keçirildi

” Oğullar döğular Vətən doğulmaz” adlı tədbir keçirildi
30-05-2022, 01:48 396 dəfə baxılıb

Dünən müstəqillik günüylə bağlı çoxlu sayda ölkəmizdə tədbirlər düzənlənmişdi. Erməni Təcavüzünün tanıdılması İB ilə Dünya Ana və uşaqlar İB.lyi ilə birlikdə 1-ci Qarabağ müharibəsinin şəhidi Vaqif Quliyebin 65 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Veteranlar Təşkilatında tədbir keçirdi. Tədbirə şəhidin ailə üzvüləri, tələbə və döyüş yoldaşlarıç ali təhsil ocaqlarında çalışan professorlar, xaricdə fəaliyyət göstərən diaspora sədrləri, yüksək rütbəli hərbçilər, qazilər, QHT təşkilatiarı ,KİV, məktəblilər daha kimlər, kimlər. Hamı şəhidimizi anır, göz yaşları axıdırdılar. Bir vaxtlar Xankəndi Pedaqoji İnstutunun sabiq müəllimi, hal-hazırda Azərbaycan Dövlət İqtisad Univeristetində fəlsəfə üzrə tarix elmləri doktoru Yusif Fərzəliyev şəhid tələbəsindən danışanda göz yaşını saxlaya bilmədi” Mənim şəhid tələbəm bir vaxtlar auditoriya girən kimi mühazirəmi bitirər bitirməz məni tariximizlə bağlı suallara tuturdun. Ən böyük tarixi sən özün yazdın özüdə qanınla… Sənin qanınla yazdığın tarixdən danışmaq çox çox çətindir . Neçə danışım bu gün ən çətin bir mühazirəmdi. Tələbə yoldaşların bax burdadı. Mənim də onlarında nitqim tutulub. Tarix yazan oğullar düşmənə elə bir dərs verdi ki.. Ən böyük tarix elə sizsiniz qəhrəmanlıqlarla dolu olan həyatınızdı”. Vaqiflə bir otaqda qalan tələbə yoldaşı, dostu, sirdaşı Bulud Quliyev isə” Vaqifi mənim hər şeyim idi, onun itkisi ilə heç cür barışa bilmirəm O qədər xatirələrimiz var ki, bilmirəm hansından başlayım. Bir pezəyəng erməni vardı . Tələbələrin güləşdə bir andaca kürəyini yerə vururdu. Bir gün onunla güləşmək istəyini Vaqif bildirəndə istehzalı bir baxışla onu süzdü. Vaqif ondan bədəncə kiçik id. İnanın bir göz qrpımında onu qaldıraraq yerə çırpdı. O gün Azərbaycanlı tələbələr necə sevinmişdilər mən isə qürürlanmışdım belə bir dostum olmağımla. Kaş o günlər olaydı Vaqiflə həmişə bir boşqabda yemək yediyimiz günlər… İllahiyyat İnstutunun islamşünaslıq kafedrasının müəllimi Vüqar Səmədov isə torpaq və din uğrunda şəhid olanlarımızın məkanı cənnətlikdir. Onlar cismən biz aramızda olmur Amma onlar sağdırlar. Vəfa sosial problemlərin həllinə dəstək İB- yin sədri Fatimə xanım Hacıbəylinin sinif rəhbəri olduğu Xətai rayon şəhid Asəf Ağayevin adını daşıyan 5 b sinfinin şagirdlər şəhidimizə həsr olunmuş şerlərini söyləyərək tədbirə rəng qatdılar.Tədbirdə İB-lərin sədirləri Elcin Axundzadə,Vüsal Əliyev,İştrak edirdi. Milli MədəniyyətinTəbligi İB-nin sədri Filologiya üzrə fəlsəfə doktoru araşdırmaçı jurnalist Jalə xanım Cəfərova çıxışında şəhidlərimizi kiçik dünyanın böyük adamları adlandırdı.Yuxarıda adını çəkdiyimiz tədbirin təşkilatçısılarından biri olan Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya xanım Əliyeva isə çıxışında” Şəhid ailələrinin 30 ildən çoxdur yanındayıq, onların problemlərini həll etməyə çalışırıq. Onların hüquqlarını müdafiə edirik və edəcəyik. Onların hüquqlarını pozan icra başçılarına da qarşı mübarizə aparacağıq. Şəhid ailəmizin bu günə qədər ağır şəraitdə yaşadığı mənzil probleminin də həll olunmasına birlikdə çalışacağıq. Tədbirdə Vaqif Quliye adının əbədiləşdirilməsi layiqli qiymətinin alınmas fikirləri də səsləndirildi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI