Hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir.
Azərbaycan etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır. Bildiyimiz kimi mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
Cənab Prezident İlham Əliyev ikitərəfli əməkdaşlıqda müxtəlif mühüm məsələləri, eləcə də regional inkişafı, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı geniş müzakirələr aparmışdır. Cənab Prezident ikitərəfli əlaqələrin inkişafında bir çox nikbin fikirdə olduğunu bildirmişdir.
Litva Prezidenti ilə çox uğurla inkişaf edən Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə etdiklərini bildirən Azərbaycan Prezidenti qeyd etmişdir: “ Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.Avropa İttifaqı-Azərbaycan əməkdaşlığıuğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsiartıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb.
Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə də Litva Prezidentinə minnətdarlığını bildirmişdir. Litva Prezidenti Gitanas Nauseda çıxışında demişdir ki, “Biz artıq çox ümidverici ola biləcək sahələri müzakirə etdik, xüsusilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq. Mən artıq Azərbaycandan idxalın bir neçə dəfə artığının şahidi oldum. Əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil. İstənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir.
Mən Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Litva ənənəvi olaraq ərzaq məhsullarının ixracında çox güclü olub.
İxracımızın ən böyük hissəsi Avropa İttifaqı bazarının payına düşür. Bilirsiniz ki, Avropa İttifaqı bazarının tələbləri çox yüksəkdir.“
Ramilə Seyidova - Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri.
"Atayeva Günay."Vətənim-Azərbaycandır.az xəbər informasiya portalının Şabran rayon üzrə nümayəndəsi.