Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Cinayət Məcəlləsinə dəyişiklik edildi

Cinayət Məcəlləsinə dəyişiklik edildi
19-05-2022, 22:12 249 dəfə baxılıb

Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, sənədə əsasən, Cinayət Məcəlləsinin 208.1-ci maddəsində “Təşkilat rəhbərləri tərəfindən xarici” sözləri “Xarici” sözü ilə əvəz edilib.

Dəyişikliklə xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hallarında məsuliyyət təkcə təşkilat rəhbərlərini əhatə etməyəcək.

Qeyd edək ki, indiyədək təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan qanunvericiliyinə müvafiq olaraq Azərbaycanın müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hallarında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI