Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan İstiqlal Muzeyində 18 may- Beynəlxalq Muzeylər gününə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təqdim olundu

Azərbaycan İstiqlal Muzeyində 18 may- Beynəlxalq Muzeylər gününə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təqdim olundu
19-05-2022, 12:28 453 dəfə baxılıb

??18 may 2022-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 18 may- Beynəlxalq Muzeylər gününə həsr olunmuş Azərbaycan İstiqlal muzeyi və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təqdim olundu. 

 Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. 
 Bu il " Muzeylərin gücü " devizi altında keçirilən muzeylər gününə həsr olunmuş konsert proqramında 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri rəqsləri, Cəbrayıl rayon 7 illik musiqi məktəbinin, Cəbrayıl rayon kənd uşaq musiqi məktəbin müəllim və şagirdləri isə canlı musiqi ifaları ilə açıq qapı günü muzey ziyarətçilərinin mənəvi zövqünü oxşadı.
 Qeyd edək ki, açıq qapı günü muzeyə gələn qonaqlar həm muzeyin daimi ekspozisiyası, həm də Şuşa ilinə həsr olunmuş " Şuşa, sən azadsan! " adlı 17 əsər - təsviri və tətbiqi sənət nümunələrinin və 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn mayor Vəliyev Vüsal, XTQ giziri Babayev Rəşad, XTQ əsgəri Hüseynov Cavid, əsgər Paşayev Samir və Kəlbiyev Şaiqin həyat və fəaliyyətinə məxsus, muzeyin fondlarında qorunub saxlanılan 130-a yaxın müxtəlif şəxsi əşyaların, sənədlərin və fotoşəkillərin nümayiş olunduğu sərgi ilə tanış oldular.
 Biz əminik ki, gələcək muzeylər gününü azadlığına qovuşan torpaqlarımızda yerləşən muzeylərdə, xüsusilə Cəbrayıl Rayon-Tarix-Diyarşünaslıq muzeyində qeyd edəcəyik.
   Əsgərova Şövkət.
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI